çərşənbə 8 iyul 2026 - 15:52
Nəcəf və Kərbəla – Ümmətin Şəhid Rəhbərinin tarixi dəfn mərasimində İraq xalqının möhtəşəm iştirakı + Foto və video

Hövzə / Müqəddəs Nəcəf şəhəri bu gün İraq xalqının müxtəlif təbəqələrinin şəhid Seyid Əli Xameneinin tarixi dəfn mərasimində misilsiz və geniş iştirakına şahidlik etdi. Hazırda Nəcəf və Kərbəlanın müqəddəs şəhərlərində keçirilən mərasimdə İraqın müxtəlif tayfalarından, etnik qruplarından və ictimai-siyasi cərəyanlarından olan insanlar böyük coşqu ilə iştirak edirlər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, bu gün müqəddəs Nəcəf şəhəri şəhid Ayətullah Seyid Əli Xameneinin və onun şəhid ailə üzvlərinin tarixi dəfn mərasimində İraq xalqının müxtəlif təbəqələrinin misilsiz və geniş iştirakına şahidlik edir. Bu gün müqəddəs Nəcəf və Kərbəla şəhərlərində keçirilən mərasimlərə İraqın müxtəlif tayfalarından, etnik qruplarından və ictimai-siyasi cərəyanlarından olan insanlar böyük izdihamla qatılıblar.

Mərasim iştirakçıları dini və qəhrəmanlıq şüarları səsləndirərək dərin hüznlərini ifadə edir, müqavimət yolunun davam etdirilməsinin və İslam ümmətinin birliyinin qorunmasının vacibliyini vurğulayırlar. Mərasim məkanı göz yaşları, dualar, duyğular və həmrəylik ab-havasına bürünüb. İştirakçıların çoxu bu əzəmətli toplantını İslamın, dini mərcəiyyətin və İslam müqavimətinin ideallarına yenidən sədaqət andı kimi dəyərləndiriblər.

Müşahidəçilərin fikrincə, İraq xalqının bu geniş iştirakı İraq xalqı, şiə mərcəiyyəti, İran İslam Respublikası və müqavimət cəbhəsi arasında dini etiqadlar, ortaq tarix və vahid ideallar əsasında formalaşmış dərin bağlılığın rəmzidir.

İran İslam Respublikasının Şşhid liderinin nəşinin qarşılanma mərasimi ərəfəsində İraqın Koordinasiya Çərçivəsinin yüksək səviyyəli nümayəndə heyəti Nəcəf şəhərinin hava limanına gəlib.

Nümayəndə heyəti rəsmi və xalq qarşılanma mərasimində iştirak etmək məqsədilə Nəcəf şəhərinə səfər edib. Eyni zamanda, dəfn mərasiminin Ali Təşkilat Komitəsi müqəddəs Nəcəf və Kərbəla şəhərlərində mərasimin yüksək səviyyədə keçirilməsi üçün bütün texniki və logistika hazırlıqlarının tam başa çatdırıldığını açıqlayıb.

İştirakçılar bildiriblər ki, bu əzəmətli toplantı bölgə xalqlarının birliyini və həmrəyliyini nümayiş etdirməklə yanaşı, eyni zamanda müqavimət cəbhəsinin hələ də güclü xalq dəstəyinə malik olduğunu və ona qarşı yönələn hər bir təhdid və təzyiqin müsəlman xalqların həmrəyliyi və qətiyyətli müqaviməti ilə qarşılanacağını bütün dünyaya çatdırır.

Dəfn mərasimi ötən gecədən etibarən İraq və İran rəsmilərinin hava limanındakı qarşılanma mərasimi ilə başlayıb, daha sonra isə Qurani-Kərimin tilavəti, mərsiyələr və birlik çağırışları ilə müşayiət olunan izdihamlı matəm mərasimi davam edib. Bu mərasim İraq xalqının İran İslam İnqilabının şəhid liderinə olan məhəbbətini, sədaqətini və həmçinin həmrəyliyini əks etdirən unudulmaz mənzərələr yaradıb.

İraqın Həşdi Şəbi qüvvələri bəyan edib ki, müqəddəs Nəcəf şəhərində ümmətin Şəhid liderinin dəfn mərasimində 2 milyon 300 mindən çox insan iştirak edib.

İraqın Baş naziri Əli Falih əz-Zeydi də Şəhid İmam Seyid Əli Xameneinin cənazəsinin qarşılanma mərasimində iştirak etmək üçün Nəcəf vilayətinə gəlib.

Baş nazirin media ofisinin yaydığı bəyanatda bildirilir ki, Baş nazir Əli Falih əz-Zeydi İran İslam Respublikasının rəhbəri, böyük mərcəyi-təqlid, şəhid Ayətullah Seyid Əli Xameneinin cənazəsinin qarşılanma mərasimində iştirak etmək məqsədilə Nəcəf vilayətinə səfər edib.

İraqın Təhlükəsizlik Media Qərargahının rəhbəri briqada generalı Səd Maan Nəcəf valisi Yusif Kənəvi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Şəhid Ayətullah Seyid Əli Hüseyni Xameneinin (r) müqəddəs Nəcəf və Kərbəla şəhərlərində keçiriləcək dəfn mərasimi üçün bütün hazırlıqlar tamamlanıb.

O qeyd edib ki, bu mərasimi işıqlandırmaq üçün 3 mindən çox jurnalist akkreditasiya olunub.

Səd Maan vurğulayıb ki, şəhid Rəhbərin dəfn mərasimi ilə bağlı bütün təşkilati işlər tam şəkildə həyata keçirilib.

O həmçinin bildirib ki, mərasimdə iştirak etmək istəyən heç bir şəxs və ya rəsmi nümayəndə üçün heç bir maneə yoxdur və bu məqsədlə xüsusi planın icrasına nəzarət edən Ali Komitə yaradılıb.

Müqəddəs Nəcəf şəhərində  şəhid Ayətullah Seyid Əli Xameneinin mübarək nəşinin dəfn mərasimində iştirak edənlərin sayı 2 milyon 300 min nəfəri keçib və İraqın müxtəlif bölgələrindən gələn matəm iştirakçılarının axını davam etdikcə bu rəqəm daha da artır.

Kərbəla valiliyinin məlumatına görə, şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində ümumilikdə 7 milyon nəfərin iştirak edəcəyi gözlənilir.

Şəhid Ayətullah Seyid Əli Xameneinin nəşinin  müqəddəs Nəcəf şəhərində olan dəfn mərasimi davam edir.

İraqda vida mərasimi

Şəhid Ayətullah Seyid Əli Xameneinin nəşinin İmam Hüseynin (ə) müqəddəs hərəminə doğru dəfn mərasimi

Şəhid Ayətullah Seyid Əli Xameneinin nəşinin müqəddəs Nəcəf şəhərində olan dəfn mərasimi

Şəhid Ayətullah Seyid Əli Xameneinin nəşinin həzrət Əmirəl-möminin Əlinin (ə) müqəddəs hərəmində həzrət Zəhra (s.ə) adına rəvağında –  dəfn mərasimi

Şəhid Ayətullah Seyid Əli Xameneinin nəşinə Əmirəl-möminin həzrət Əlinin (ə) müqəddəs hərəmində cənazə namazı qılındı.

Şəhid Ayətullah Seyid Əli Xameneinin nəşinin həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs hərəmindəki görüntüsü

Nəcəf və Kərbəla – Ümmətin Şəhid Rəhbərinin tarixi dəfn mərasimində İraq xalqının möhtəşəm iştirakı + Foto və video

Nəcəf və Kərbəla – Ümmətin Şəhid Rəhbərinin tarixi dəfn mərasimində İraq xalqının möhtəşəm iştirakı + Foto və video

Bir iraqlı vətəndaşın Şəhid İmamın matəm mərasimində fərqli iştirakı

Nəcəf və Kərbəla – Ümmətin Şəhid Rəhbərinin tarixi dəfn mərasimində İraq xalqının möhtəşəm iştirakı + Foto və video

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha